Ermənistanda 12 məmur həbs edildi

 11:19 25.01.2023     223

Ermənistanda rüşvət almaqda təqsirləndirilən 15 vergi məmurundan 12-si məhkəmənin qərarı ilə həbs edilib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

İstintaq zamanı müəyyən edilib ki, Dövlət Gəlirləri Komitəsinin yüksək rütbəli məmuru tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilərək onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə ondan pul mükafatı alıb.

Qeyd edək ki, ibtidai istintaq hələ davam edir.

Nərmin VÜQARQIZI