Ermənistan Baş Kəşfiyyat İdarəsinə rəis təyin edildi

 14:28 25.01.2023     272

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə rəis təyin edilib.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Sərəncama görə, Samvel Movsisyan həmin idarənin rəisi, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib.

Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralınadək bu vəzifəyə Arayik Arutyunyan təyin olunub.

Nərmin VÜQARQIZI