Misir prezidenti ilk dəfə Ermənistana rəsmi səfər edəcək

 15:12 25.01.2023     421

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İrəvana rəsmi səfərə gələcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağasi Marqaryan məlumat verib.

Onun sözlərinə görə, bu, Misir liderinin Ermənistana ilk səfəridir. Əs-Sisi regional tur çərçivəsində İrəvanda olacaq. 

Qeyd edək ki, onun Hindistan və Azərbaycana da səfərləri planlaşdırılır.

Nərmin VÜQARQIZI