Almaniya Ukraynaya "Leopard 2" göndərilməsinə "yaşıl işıq" yandırdı

 15:10 25.01.2023     302

Almaniya Nazirlər Kabineti “Leopard 2” tanklarını Ukraynaya göndərəcəyini və digər ölkələrə təkrar ixrac icazəsi verəcəyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü hökumət sözçüsü Steffen Hebestrait məlumat verib.

“Federal hökumət Ukrayna silahlı qüvvələrini “Leopard 2” döyüş tankları ilə təmin etmək qərarına gəlib. Həmçinin, Almaniya "Leopard 2"ni Ukraynaya göndərmək istəyən tərəfdaş ölkələrə də icazə verəcək”,- Hebestreit əlavə edib.

Almaniya ilk mərhələdə Ukraynaya Bundesverin ehtiyatlarından 14 "Leopard 2A6" tankı verəcək.

"Almaniyanın hərbi yardımı maddi-texniki təminat, döyüş sursatı və Leopard 2 tanklarının texniki təminatı məsələlərinin həllini nəzərdə tutur",- Nazirlər Kabineti qeyd edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, yaxın vaxtlarda Almaniyada Ukrayna tankçılarının təliminə başlanılacaq.

Tunar Altunbay