Son bir ildə Zelenskinin siması çox dəyişib - VİDEO

 15:31 25.01.2023     367

Uğurlu şoumendən dünyanın ən populyar siyasətçisinə çevrilən Ukrayna prezidenti Volodimir Zelenski bu gün ad gününü qeyd edir.

Redaktor.az xəbər verir ki, onun 45 yaşı tamam olur.

Bütün siyasətçilər kimi Zelenskinin də tərəfdarları və əleyhdarları var, lakin hamı bir məsələdə razılaşır - bu il dövlət başçısı kəskin şəkildə dəyişib. Rusiya ilə böyük qarşıdurma zamanı prezident hansı transformasiyadan keçib?

Zelenski hər gün ukraynalılara müraciət edir, hesabat verir, motivasiya edir və təşəkkür edir. Bir neçə il əvvəl - uğurlu aktyor, ssenarist, rejissor və prodüseri, indi planetin ən populyar siyasətçisi və nüfuzlu insanına çevrilib.

Tammiqyaslı müharibə Volodimir Zelenskini kökündən dəyişib Jurnalistlərin fikrincə diqqət çəkən çəkən əsas məqam onun simasının dəyişməsidir. Bunu 2021 və 2022-ci ilin sonunda Yeni ili təbrik videolarında aydın şəkildə görmək olar.

Psixoterapevt Oleq Çaban prezidentin dəyişimini belə izah edib: "İki fərqli üz... Böyüdüyünə görə yox, hərbi formanın bir hissəsi göründüyünə görə yox. Sadəcə fərqli üz ifadəsinə görə..".

O, əmin olduğunu bildirib ki, böyük müharibə Zelenskini daha da gücləndirib: "Söhbət post-travmatik böyümədən gedir".

Zelenskinin xarakterindəki dəyişikliklər hərbi ekspert Oleq Jdanov tərəfindən də müşahidə edilib.

O deyir ki, Prezident Co Baydenin Ukraynanı evakuasiya etmək təklifini rədd edəndə Zelenskini yenidən tanıyıb.

Volodimir Zelenskini ən çox tanıyanlar əmindirlər ki, böyük müharibə onun üzünə yorğunluq qatsa da, yalnız həmişə orada olan xarakter xüsusiyyətlərini vurğulayır.

Bu gün, yanvarın 25-də Ukrayna prezidenti Volodimir Zelenskinin 45 yaşı tamam olub. Ukraynanın Birinci xanımı təsirli yazı ilə Prezidentin ad gününü təbrik edib.

“İnsanlar məndən tez-tez soruşurlar ki, bu il necə dəyişmisən? Mən isə həmişə cavab verirəm: “Dəyişiklik yoxdur. O da, elə 17 yaşımızda tanış olduğum həmin yeniyetmədir.  “Amma əslində nəsə dəyişdi: sən indi çox az gülümsəyirsən” yazaraq ərinə daha tez-tez gülümsəməyi, həm də can sağlığı arzulayıb.

Tunar Altunbay