Portuqaliya "Leopard 2" tanklarının üçdə birini Kiyevə verə bilər
Almaniyanın üçüncü ölkələrdən alman döyüş maşınlarının təkrar ixracına icazəsi fonunda Portuqaliya Ukraynaya "Leopard 2" tanklarının üçdə birini göndərə bilər.
Redaktor.az xəbər verir ki, yerli “Correio da Manhã” qəzetinin məlumatına görə, Portuqaliya hökumətinə yaxın mənbə Lissabonun Ukraynaya dörd Leopard 2 tankı göndərə biləcəyini bildirib.
Xəbərdə deyir ki, Portuqaliya ordusunda 37 Leopard 2 tankı var, lakin onlardan yalnız 12-si “tam yararlıdır”.
Qəzet yazır ki, bu yolla Portuqaliya ordusu özünün “işləyən” Leopard 2 tanklarının üçdə birini Ukrayna Silahlı Qüvvələrinə verə bilər.
Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolz 14 Leopard 2 tankının Ukraynaya təhvil verilməsinə razılıq verib.
Yanvarın 24-də Polşa Müdafiə Nazirliyi dünyanın üçüncü ölkələrindən "Leopard 2" tanklarının təkrar ixracı üçün Almaniya hökumətinə müraciət etdiyini açıqlayıb.
Belə xəbərlər fonunda Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik Almaniya hökumətinə üz tutaraq Berlini Kiyevə döyüş gəmiləri və sualtı qayıqlarla dəstək verməyə çağırıb.
Tunar Altunbay