NATO rəhbəri Almaniyanın Ukraynaya "Leopard" tankları vermək qərarını alqışladı

 17:09 25.01.2023     339

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya hökumətinin "Leopard 2" tanklarının Ukraynaya təhvil verilməsi və onların başqa ölkələrə təkrar ixracına icazə verilməsi qərarını alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə baş katib özünün Tviter hesabında yazıb.

"Almaniya rəhbərliyinin NATO-nun digər müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşərək Ukraynaya Leopard 2 tanklarının verilməsi qərarını qətiyyətlə alqışlayıram. Kritik anda onlar Ukraynaya özünü müdafiə etməyə, müstəqil dövlət kimi qalib gəlməyə kömək edə bilər", - o, bildirib.

Bundan əvvəl Almaniya Nazirlər Kabineti Ukraynaya 14 "Leopard 2" tankının göndərilməsinə qərar verdiyini açıqlamışdı .Bundan başqa, Berlin digər ölkələrə onların təkrar ixracına icazə verəcək.

Turan İSMAYIL