"Almaniya ərazisində rəsmi olaraq ABŞ-ın işğalçı qoşunları var" - Putindən maraqlı açıqlama

 17:16 25.01.2023     478

Almaniyadakı Amerika qoşunları həm qanuni, həm də faktiki olaraq hələ də işğalçı qüvvələrdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin tələbələrlə görüşündə deyib.

“Sovet qoşunları Avstriyada idi, lakin onlar könüllü olaraq getdilər. Rusiya Sovet İttifaqının varisi kimi Avstriya Respublikasının konstitusiyasının təminatçısı və Avstriya Respublikasının neytral statusunun təminatçısı kimi çıxış etdi. Və ümumiyyətlə, Avstriyada bir çox sadə vətəndaşlar bunu bilir və belə mövqeyə görə Rusiyaya minnətdardılar. Digər Avropa ölkələrinə gəldikdə isə vəziyyət mürəkkəbdir”, - Rusiya lideri bildirib.

O, əlavə edib ki, Avropanın ən böyük ölkəsi, iqtisadi nəhəng - Almaniya Federativ Respublikası və Sovet İttifaqı öz işğalının sonunu qanuni şəkildə rəsmiləşdirib.

"İkinci Dünya müharibəsindən sonra Almaniya, bildiyiniz kimi, dörd sektora bölündü - Amerika, Britaniya, Fransa və Sovet. Beləliklə, Sovet İttifaqı bu işğal statusunun ləğvini rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Və daha doğrusu, rəsmi və qanuni olaraq Almaniya Federativ Respublikası ərazisində Amerika işğalçı qoşunları var", - deyə Putin bildirib.

Turan İSMAYIL