Avropa gec-tez suverenliyini bərpa edəcək - Putin

 17:33 25.01.2023     206

Avropa ölkələri gec-tez itirilmiş suverenliklərini bərpa edəcəklər, lakin bu, görünür, vaxt aparacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri çərşənbə günü Rusiya prezidenti Vladimir Putin tələbələrlə görüşündə deyib.

"Əlbəttə, vaxt gələcək, doğrudan da, heç bir şübhə yoxdur. Bu və ya digər şəkildə suverenlik Avropaya qaytarılacaq. Görünür, bunun üçün bir qədər də vaxt lazımdır", - Putin bildirib.

Turan İSMAYIL