"Öz adamlarını arxadan güllələyirlər" - Putindən Ukrayna ordusu barədə İDDİA

 17:43 25.01.2023     319

Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının heç nəyi, o cümlədən dəstələr yaratmaq və öz qoşunlarını arxadan atəşə tutmaqdan çəkinmədiyinə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, o, bu barədə tələbələrlə görüşündə bildirib.

"Təəssüf ki, düşmən heç nəyi nəzərə almır. Öz adamlarını arxadan güllələyirlər, başa düşürsən! Dəstələr yaradıblar", - Putin deyib.

Turan İSMAYIL