Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edildi

 17:53 25.01.2023     323

Ukrayna yenidən hava hücumu barədə xəbərdarlıq edilib. Bəzi məlumatlara görə, buna işğalçıların Belarusda keçirdiyi təlimlər səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, “Alerts.in.ua” resursunun məlumatına görə, Ukraynanın hər bir bölgəsində həyəcan təbili çalınıb.

Öz növbəsində Belarusian Qayun monitorinq qrupu bildirir ki, saat 13:50-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus MiQ-31K Maçulişçi aerodromundan havaya qalxıb. Bir neçə dəqiqədən sonra başqa bir MiQ-31K səmaya qalxıb. Xatırladaq ki, bu qırıcılar Kinjal raketlərinin potensial daşıyıcıları ola bilər.

Qeyd edilir ki, düşmən aviasiyasının fəaliyyəti desant təlimi keçirən Rusiya və Belarus hərbçilərinin birgə təlimləri ilə bağlı ola bilər.

Təlimlər çərçivəsində İl-76 hərbi-nəqliyyat təyyarəsi Brest və Brest vilayəti üzərində uçuşlar həyata keçirir. Oradan Belarus Silahlı Qüvvələrinin 38-ci Hava Desant Hücum Briqadasının əsgərlərinin müntəzəm enişinin həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Rujanski poliqonunda Rusiya və Belarus qoşunlarının aviasiya qrupunun praktiki hərəkətlərinin simulyasiyası keçirilir.

Turan İSMAYIL