Mirzoyan Aİ-nin xüsusi nümayəndəsi ilə Laçın dəhlizini müzakirə etdi

 17:56 25.01.2023     327

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, tərəflər Ermənistanda Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi məsələsini müzakirə ediblər. 

Eyni zamanda görüş zamanı Laçın dəhlizindəki və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ətrafında fikir mübadilələri aparılıb.

Qeyd edək ki, Mirzoyan Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin diplomatik müşaviri Maqdalena Qrono ilə də görüşüb. 

Nərmin VÜQARQIZI