"Rusiya-Ukrayna müharibəsi bir çox Avropa prinsiplərini təhdid edir" - Almaniya kansleri
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolz ilə bu gün Berlinin 14 "Leopard 2" tankının Ukraynaya təhvil verilməsi qərarından sonra təkbətək danışıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, söhbət Almaniya kanslerinin Almaniya parlamentindəki çıxışından əvvəl baş tutub. Şolz Bundestaqa müraciəti çərçivəsində qeyd edib ki, Ukrayna ilə Rusiya Federasiyası arasında müharibə bir çox Avropa prinsiplərini təhdid edir.
"Bizim üzləşdiyimiz çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli işğalçılıq müharibəsidir. Dəhşətli müharibədir ki, Avropada razılaşdığımız prinsiplər sual altındadır".
Bu kontekstdə Şolz silah tədarükü məsələsində beynəlxalq əməkdaşlığın “düzgün olduğunu” bəyan edib.
Turan İSMAYIL