Əfqanıstanda 157 nəfər donub öldü
Əfqanıstan son illərin ən soyuq qışını yaşayır. Ölkədə son iki həftədə artan əlverişsiz hava şəraiti səbəbindən 157 nəfər donaraq ölüb.
Redaktor.az "TRT-Haber"ə istinadla xəbər verir ki, havanın temperaturu gecə saatlarında paytaxt Kabildə 10 dərəcəyə, bəzi bölgələrdə isə 30 dərəcəyə enib.
“Taliban” müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı açıqlama verərək ən çox insan itkisinin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu deyib.
75 mindən çox mal-qara tələf olub.
Əfqanıstan Meteorologiya İnstitutu isə bu il qışda temperaturun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli soyuğun Qor vilayətində yaşandığını qeyd edib.
Herat vilayətində qış mövsümü başlayandan bu yana küçələrdə yaşayan 45 narkotik istifadəçisi donaraq ölüb.
Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük aztəminatlı insan qrupu var. Bundan əlavə, kənd yerlərində rəsmi qeydiyyatın aparılmaması da analoji itkilərin daha çox olması ehtimalını artırır.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkə əhalisinin demək olar ki, üçdə ikisini təşkil edən 28 milyon insanın təcili yardıma ehtiyacı var.
Tunar Altunbay