Miqrant bıçaqla insanlara hücum etdi - Ölənlər var

 23:25 25.01.2023     150

Almaniyanın şimalında Suriya əsilli şəxs bıçaqla insanlara hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə qatarda baş verib. Polis artıq hücum edən şəxsi saxlayıb. Cinayətin motivləri hələlik məlum deyil.