Fransa Burkina-Fasodan qoşunlarını çıxaracaq
Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.
Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - XİN rəsmisi bildirib.