ABŞ-da senatorlar Ukraynaya "F-16" verilməsi barədə çağırış etdilər

 09:24 26.01.2023     385

Senatorlar Lindsey Graham (Respublikaçı), Richard Blumenthal və Sheldon Whitehouse (Demokratlar) ABŞ və müttəfiqlərini Ukraynaya döyüş təyyarələri verməklə dəstəyi artırmağa çağırıblar.

Redaktor.az xəbər verir ki, "Amerikanın Səsi"nin məlumatına görə, hər üç siyasətçi Kiyevdən bir gün əvvəl qayıdıb. Yanvarın 20-də onlar prezident Vladimir Zelenski ilə görüşüblər.

Senatorlar Ağ Evi və ABŞ-ın müttəfiqlərini Ukraynaya “ATACMS kimi daha uzun mənzilli atəş gücü və "F-16" və "MiQ-29" kimi qırıcı təyyarələr” göndərməyə çağırıblar. Onların fikrincə, bütün bu silah və texnika Ukraynaya Rusiyanın gələcək hücumuna qarşı durmağa və işğaıçıların hərbi əməliyyatları davam etdirmək qabiliyyətini daha da sarsıtmaq üçün həm şərqdə, həm də cənubda hücuma keçməyə kömək edəcək”.

Onlar vurğulayıblar ki, Ukrayna hərbçiləri öz vətənlərini qorumaq və onlara verilən hərbi texnikadan istifadə etmək məsələsində bütün gözləntiləri üstələyiblər. Senatorlar əmindirlər ki, tanklar Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya qoşunları ilə gələcək döyüşlərdə səmərəli istifadə olunacaq.

Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Ukraynanın beynəlxalq tərəfdaşlardan hansı tip təyyarələr alacağı və kadrların hazırlanması üçün hansı şərtlərin olduğu əslində məlumdur.

Eyni zamanda, Amerikanın "F-16" qırıcılarını istehsal edən şirkət öz qırıcılarını Ukraynaya təhvil verəcək Avropa ölkələrinə təyyarələr verməyə hazırdır.

Tunar Altunbay