Armen Qriqoryanın xidməti avtomobili qəza törətdi

 12:08 26.01.2023     352

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.

A.Qriqoryanın “Toyota Land Cruiser” markalı xidməti avtomobili “Range Rover”lə toqquşub.

Təhlükəsizlik Şurası katibinin hadisə zamanı maşında olub-olmadığı açıqlanmayıb.

Hər iki sürücü alkol testindən keçirilib.

Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar.

Tunar Altunbay

2