Fransanın xarici işlər naziri Odessada - FOTO
Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Ukraynanın Odessa şəhərinə gedib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə cümə axşamı Tviterdə məlumat verib.
“Mən Fransanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi vurğulamaq üçün Odessadayam” - deyən Kolonna şəhərdəki binalardan birinin qarşısında çəkdirdiyi şəklini də yerləşdirib.
Turan İSMAYIL