Ukrayna Təhlükəsizlik Xidmətində 1500 rus casusu aşkar edilib

 17:32 26.01.2023     329

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Daxili Təhlükəsizlik Baş İdarəsi Dövlət İstintaq Bürosu ilə birlikdə SBU-nun Zaporojye vilayətindəki bölmələrindən birinin əməkdaşını Rusiya xüsusi xidmət orqanlarının xeyrinə kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirərkən ifşa edib.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, SBU-nun məlumatına görə, genişmiqyaslı işğaldan sonra o, xidmətdəki həmkarlarının quraşdırma məlumatlarını və səs-küylü işlərin ibtidai istintaqının gizli materiallarını toplamağa başlayıb.

"Hər kəsə dərk etməyi məsləhət görürəm ki, SBU Kreml agentləri və Ukraynanın qələbəsinə inanmayan insanlar üçün yer deyil. Əgər kimsə andına və Ukrayna xalqına xəyanət edibsə, qanuna uyğun cavab verməlidir", - SBU rəhbəri Vasil Malyuk məsələni şərh edərkən deyib. 

Malyuk təəssüflə əlavə edib ki, Ukraynada demək olar ki, hər gün rus satqınları yaxalanır:

"Ukraynada daim dövlətimizin satqınları və rus agentləri saxlanılır. Belə ki, Rusiyanın Dneprə raket zərbələrini koordinasiya edən bir qrup satqın saxlanılıb. Son günlər Odessa və Kirovoqrad vilayətlərində də satqınlar saxlanılıb. Ümumilikdə, Rusiyanın başlatdığı genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna Təhlükəsizlik Xidmətinin dövlətə xəyanət və casusluqla bağlı 1,5 mindən çox əməkdaşına cinayət işi açıb. Vətən xainləri və casuslarla bağlı 340-dan çox iş məhkəməyə göndərilib".

Tunar Altunbay