Polşa "Leopard 2" tanklarının Ukraynaya çatdırılma şərtlərini açıqladı

 18:23 26.01.2023     363

Polşaya "Leopard" tanklarını Ukraynaya çatdırmaq üçün bir neçə həftə lazımdır.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Polşanın “Radio Plus” radiosunun efirində Polşa milli müdafiə nazirinin müavini Voytsex Skurkieviç bildirib. Dediyinə görə, Polşa “Leopard"ın bir partiyasını, yəni 14 ədədini Ukraynaya təhvil verməyə hazırdır.

O, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçakın digər ölkələr tankların təhvil verilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Polşanın dərhal ukraynalılara bu texnika üzrə təlimlərə başlayacağı barədə bəyanatını xatırladıb.

"Ukraynalılar təlim keçdikdən sonra biz bu texnikanı Ukrayna tərəfinə verməyə hazır olacağıq", - Polşa Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Onun sözlərinə görə, Polşa çox intensiv olaraq tankların ötürülməsi ətrafında dövlətlərin koalisiyasını yaradır və xatırladıb ki, hazırda Avropada 2000-dən çox tank var.

Qeyd edək ki, yanvarın 25-də ABŞ Prezidenti Co Bayden ölkəsinin Ukraynaya 31 "Abrams" tankı verdiyini açıqlayıb. Həmçinin 8 təmir-bərpa maşını Ukraynaya tanklara xidmətə göndəriləcək. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynanı ağır müasir tanklarla təmin etmək qərarını şərh edərkən bildirib ki, Ukrayna ordusu bir neçə həftə ərzində təlimlərə başlaya bilər.

Həmin gün Almaniya hökuməti 14 "Leopard 2" tankının Ukraynaya təhvil verilməsi ilə bağlı rəsmi razılığa gəlib. Almaniya istehsalı olan tanklar Bundesverin silahlı qüvvələrinin ehtiyatından ayrılacaq. Berlin "Leopard 2" tanklarının başqa ölkələrə təkrar ixracına da icazə verib.

Ukraynanın NATO Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin rəhbəri, xalq deputatı Yeqor Çernev telemarafonun efirində bildirib ki, Avropada mindən çox “Leopard” tankı var və hər bir ölkə onun 10-15%-ni Ukraynaya köçürə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius yanvarın 26-da bildirib ki, Almaniya martın sonuna qədər Ukraynaya "Leopard 2" döyüş tankları verməyi planlaşdırır. Onun sözlərinə görə, Almaniya Ukraynaya tank tədarük etməkdə tərəddüd etmədi, amma ən yaxşısı nəyin edildiyi barədə tərəfdaşları və müttəfiqləri ilə danışıqlar apardı.

Turan İSMAYIL