Serbiya XİN Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi

 19:07 26.01.2023     347

Belqradın Ukraynanın ərazi bütövlüyünün pozulmasını dəstəkləməməsinə baxmayaraq, Kosovo məsələsində Serbiyanı dəstəkləyən Rusiyaya qarşı sanksiyalar tətbiq etmək düzgün deyil.

Redaktor.az "Komsomolskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bunu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç deyib.

“Biz Rusiyaya qarşı sanksiyalara milli və iqtisadi maraqlarımıza, əməkdaşlığımıza görə və Serbiyanın probleminə görə Kosovo məsələsinə görə qoşulmadıq, hansı ki, Rusiya digər forumlarda Serbiyaya dəstək verir. Serbiya indi Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, bu düzgün olmazdı”, - XİN rəhbəri mətbuat konfransı zamanı bildirib.

Qeyd edək ki, daha əvvəl "Reuters" xəbər vermişdi ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı onuncu sanksiyalar paketinin 2023-cü il fevralın 24-nə qədər hazırlanması planlaşdırılır. Yeni paket Rusiya mediasına əlavə məhdudiyyətlər daxil edə bilər.

Həmçinin daha əvvəl Almaniyanın xarici işlər naziri Burbok Aİ-nin İrana qarşı yeni sanksiyalar paketi hazırladığını bildirib.

Turan İSMAYIL