Türkiyə İsrailin antiterror əməliyyatını PİSLƏDİ
Türkiyə Xarici İşlər Nazirliyi İsrail ordusunun İordan çayının qərb sahilində Cenin şəhərində keçirdiyi antiterror əməliyyatını pisləyib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, nazirliyin bəyanatında regionda gərginliyin yenidən artması ilə bağlı narahatlıq ifadə olunub.
"Mülki əhalinin ölümü ilə bağlı hərəkətləri şiddətlə qınayırıq. İsrail hakimiyyətini gərginliyin və insan tələfatının qarşısını almaq üçün təsirli mexanizmlərdən istifadə etməyə çağırırıq. Fələstinli qardaşlara, Fələstin dövlətinə və xalqına başsağlığı veririk" - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün İsrail ordusunun mətbuat xidməti hədəfi israillilərə qarşı terror aktlarında iştirak edən və yeni hücumlar planlaşdıran “İslami Cihad” radikal qruplaşmasının yaraqlıları olan Cenin qaçqın düşərgəsində əməliyyat keçirdiklərini bildirib. İsrail hərbçilərinin məlumatına görə, əməliyyat zamanı atışma olub, nəticədə altı silahlı şübhəli zərərsizləşdirilib.
Turan İSMAYIL