Bayden fevralda Avropaya səfər edə bilər
ABŞ Prezidenti Co Bayden fevral ayında bir sıra Avropa ölkələrinə səfər etməyi düşünür.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı NBC-nin jurnalisti Coş Lederman mənbələrə istinadən Twitter-də məlumat verib.
Onların fikrincə, səfər Rusiyanın Ukraynada apardığı müharibənin başlamasının ildönümünə təsadüf edə bilər.
Turan İSMAYIL