ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

 19:40 26.01.2023     416

ABŞ Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə yanvarın 26-da ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Yeni siyahıya iş adamları, siyasətçilər və məmurlar da daxil olmaqla 15-dən çox şəxs daxildir. Bundan əlavə, siyahıya 30-dan çox təşkilat əlavə edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi iş adamı Vladimir Potaninə, baş nazirin müavini Andrey Belousova və bir sıra Rusiya qubernatorlarına qarşı sanksiyaların tətbiq olunduğunu elan edib.

Turan İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən