Antarktidadan nəhəng aysberq ayrıldı - FOTO

 21:02 26.01.2023     423

Rusiyanın "Meteor-M" peyki Brunt Buz Şelfindən qopan aysberqi kosmosdan çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı yayılan "Roskosmos"un məlumatında deyilir.

Dövlət korporasiyasının "Telegram" kanalındakı xəbərə görə, bazar günü sahəsi 1550 kvadrat kilometr olan "A-74" aysberqi Brant buz şelfindən qırıldı.

Qeyd edək ki, "Rosreestr"in 2019-cu ilin məlumatlarına görə, Sankt-Peterburqun sahəsi 1403 kvadrat kilometrdir.

"Roskosmos"un məlumatına görə, parçalanma yerində buzun qalınlığı 150 metrdir. Dövlət korporasiyası orbitdən çəkilmiş fotonu da nümayiş etdirib. 

"Meteor-M" hidrometeoroloji dəstək üçün perspektivli kosmik gəmilər seriyasına daxildir. Bu seriyanın peykləri hava proqnozu, ozon təbəqəsinə və Yerə yaxın kosmosda radiasiya vəziyyətinə nəzarət məqsədilə məlumatların operativ alınması üçün nəzərdə tutulub.

Tunar Altunbay

2