Ararat Mirzoyana yeni müavin təyin edildi
Vahan Kostanyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Qeyd edək ki, 28 yaşlı V. Kostanyan daha öncə hakim “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi, daha sonra isə XİN başçısının müşaviri vəzifələrində çalışıb.
Tunar Altunbay