Daha bir ölkə Ukraynaya tank göndərəcək

 22:06 26.01.2023     282

Kanada Ukraynaya dörd ədəd "Leopard 2" tankı tədarük etməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "CBC News" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət yanvarın 26-da Kiyevə tankların göndərilməsini elan edə bilər.

Qeyd olunur ki, Kanada çox güman ki, Ukraynaya ordunun xidmətində olan ən köhnə A4 variantını göndərəcək. Kanada A4-ü Əfqanıstan müharibəsi zamanı Niderlanddan alıb.

Tunar Altunbay