Ruslar Kiyevdə 11 dinc sakini öldürdü

 10:32 27.01.2023     349

"Son sutka ərzində düşmən 44 hava zərbəsi endirib. Onlardan 18-i "Şahed-136" PUA-larından atılıb. Bütün kamikadze pilotsuz uçan aparatlar vurulub. O, 70 raket atılıb ki, onlardan 47-si göydə məhv edilib. Həmçinin çoxsaylı zərbələrdən sonra 125 hücum olub”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiyanın işğalı ilə bağlı əməliyyat məlumatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, düşmənin zərbələri nəticəsində dinc sakinlər həlak olub, mülki obyektlər dağıdılıb.

Həmçinin vurğulanıb ki, bütün Ukrayna ərazisində hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır.

Ümumiyyətlə, son sutkada rus işğalçılarının hücumu nəticəsində 11 dinc sakin həlak olub, daha 11 nəfər yaralanıb.

Tunar Altunbay