Polşa Ukraynaya daha 60 "Twardy" tankı göndərəcək
Polşa Ukraynaya daha 60 "Twardy" döyüş tankı göndərəcək.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib.
"Polşa Ukraynaya daha əvvəl elan edilmiş 14 "Leopard 2" tankı ilə birlikdə 60 "PT-91 Twardy" tankı göndərəcək", - o, bildirib.
Yermak bu qərara görə müttəfiqlərə təşəkkür edib.
Xatırladaq ki, yanvarın 25-də Almaniya hökuməti 14 "Leopard 2" tankının Ukraynaya verilməsinə rəsmi razılıq verib və onların başqa ölkələrə təkrar ixracına icazə verib.
Turan İSMAYIL