Rusiyanın Ukraynadakı son itkiləri: 850 hərbçi, 1 helikopter, 33 PUA...

 12:49 27.01.2023     446

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 124710 (+ 850) nəfər canlı qüvvəsi, 3182 (+7) tank, 6340 (+6) ədəd zirehli döyüş maşını, 2180 (+11) ədəd artileriya sistemi, 452 (+0) reaktiv yaylım atəşi sistemi, 221 (+1) hava hücumundan müdafiə sistemi, 292 (+0) təyyarə, 283 (+1) helikopter, 1941 (+33) PUA, 796 (+47) qanadlı raket, 18 (+0) gəmi, 5001 (+15) avtomobil texnikası və avtosistern, 199 (+4) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2