"Qazaxıstanda vizaların ləğvi rusların hüquqlarını pozmur" - Peskov
"Əcnəbilərin Qazaxıstana yeni giriş qaydaları onları bu ölkədə yaşamaq icazəsi almaq imkanından məhrum etmir, Moskva Astana ilə əlaqə saxlayır, rusların hüquqlarının pozulmamasına əmindir".
Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov keçirilən brifinqdə əcnəbilərin Qazaxıstana girişi qaydalarının dəyişdirilməsini şərh edərkən bildirib.
"Aydındır ki, ölkələr bu vətəndaşların qeydiyyatını aparmaq istəyirlər. Buna görə sadəcə yaşayış icazəsi üçün müraciət etmək lazımdır. Təbii ki, müvafiq qurumlarımız əlaqə saxlayır. Vətəndaşlarımızın bütün qanuni hüquqlarına əməl olunması çox vacibdir və tərəfdaşlarımızla təmaslarımızda biz, əlbəttə ki, bu barədə danışacağıq”, - deyə o, qeyd edib.
Qeyd edək ki, Qazaxıstanda miqrantlarla bağlı qaydalar 2023-cü il yanvarın 27-dən dəyişib. Bu gündən, xüsusən də, miqrantlar Qazaxıstan sərhədini keçdiyi tarixdən 30 gün, ümumilikə isə 6 aylıq dövrdə 90 gün qala biləcək.
Həmidə İbrahimova