Rəisi Azərbaycan səfirliyinə hücumun araşdırılmasına şəxsən nəzarət edəcək

 18:38 27.01.2023     509

İran prezidenti İbrahim Rəisi cümə günü Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun şərtlərinin hərtərəfli araşdırılmasına göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, istintaq araşdırmasına  aparılmasına Pəisi özü nəzarət edək.

İran prezidenti hücumu pisləyib və diplomatik missiyanın ölən əməkdaşının yaxınlarına başsağlığı verib.

"Qonşu və qardaş Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı faciəli hadisəni pisləyirik", - Rəsinin administrasiyasının rəsmisi deyib.

Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub, daha 2 mühafizə əməkdaşı yaralanıb. 

Bakı İranın səlahiyyətli orqanlarından terror aktını törədən şəxsin dərhal məsuliyyətə cəlb edilməsini, hadisənin hərtərəfli araşdırılmasını, cinayətin təşkilatçılarının və iştirakçılarının müəyyən edilərək cəzalandırılmasını tələb edib.

Tunar Altunbay