Şimali Koreya həmişə Rusiya ilə “eyni səngərdə” olacaq - Kim Çen Inın bacısı
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq cümə günü bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) həmişə Rusiya ordusu və xalqı ilə “bir səngərdə dayanacaq”.
Redaktor.az xəbər verir ki, KCNA xəbər agentliyinin yaydığı bəyanatda o, Şİmali Koreyanın dövlətin ləyaqətini və şərəfini, suverenliyini və suverenliyini müdafiə etmək üçün ayağa qalxan Rusiya ordusu və xalqı ilə birlikdə həmişə eyni səngərdə dayanacağını bildirib.
Kim Yo Conq ABŞ-ın "Abrams" tanklarının Ukraynaya təhvil verilməsi qərarını “alçaq addım” adlandırıb.
“Mən şübhə etmirəm ki, ABŞ və Qərbin qürur duyduğu hər hansı silah Rusiya qəhrəman ordusunun və xalqının amansız döyüş ruhu və qüdrəti qarşısında yerə yıxılaraq metal qırıntısına çevriləcək”,- Kim Yo Conq əlavə edib.
Tunar Altunbay