Rusiya Latviya səfirinə ölkədən çıxmağa vaxt qoydu

 20:59 27.01.2023     304

Latviyanın müvəqqəti işlər vəkili Daçiya Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirib ki, Latviyanın səfiri Maris Riekstinş iki həftə ərzində Rusiyanı tərk etməlidir. Qərar Latviyanın Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq niyyətinə cavab olaraq qəbul edilib.

Yanvarın 11-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyadan Tallinndəki səfirliyin işçilərinin sayını iki dəfə azaltmağı tələb edib. Bunun ardınca Latviya Estoniyaya dəstək verib və Rusiya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salıb.