“Başıma gələnlər Zelenski üçün mesajdır” - Saakaşvili

 09:57 28.01.2023     352

"Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi".

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, başına gələn hadisələr Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır.

Saakaşvili iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.

“Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi - Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub", - eks-prezident vurğulayıb.