Kadırov narkomandır - Zakayev - VİDEO
Çeçenistanın mühacirətdəki hökümətinin rəhbəri Əhməd Zakayevin FREEDOM-a verdiyi məlumata görə, Kadırov işdən çıxarılacağından qorxaraq potensial rəqibi və FTB zabiti Apti Alaudinovu gözdən salmaq üçün "Axmat" döyüşçüləri tərəfindən rus hərbçilərinin guya zorlanması ilə bağlı hekayə uydurub.
Redaktor.az xəbər verir ki, Zakayev Kadırovu narkoman adlandırıb.
"Kadırov tamamilə xəstədir, o, narkomandır və narkotika aludəçiliyinə görə artıq nəzarətdən çıxıb. Və bu gün Kadırovun ətrafı bu saxta hekayəyə başlayıb... FSB-nin əhatə etdiyi mümkün rəqibləri ilə daxili təlaşa başlayıb", - Zakayev izah edib.
Zakayev "kadırovçular"ın sıralarında tez-tez ölümlərin baş verməsini rus ordusundakı qanunsuzluqlarla izah edib.
Rusiya ordusunda Kadırovun döyüşçüləri əsasən cəza dəstələri rolunda iştirak edirlər. Silahlılar əmri yerinə yetirməyən rus işğalçılarını güllələyirlər.
Qeyd edək ki, bir gün əvvəl şəbəkədə Kadırovun adamları tərəfindən zorlandığı iddia edilən əsgər haqqında görüntülər yayılıb. Həmin görüntülərdə səfərbərliklə Ukraynadakı döyüşlərə göndərilən əsgər onu zorlayanların adlarını açıqlayıb.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Kadırov Ukraynanın işğal olunmuş rayonlarından Qafqazın müsəlman əhalisini köçürmək üçün istifadə edə bilər.
Tunar Altunbay