Paşinyan qadınları əsgərliyə göndərəcək
Ermənistan hökuməti qadınlar üçün könüllü hərbi xidmətin tətbiqini müzakirə edir.
Redaktor.az TASS-a istinadla bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyanın silahlı qüvvələrin yaradılmasının 31-ci ildönümü münasibətilə yaydığı təbrikdə deyilir.
"Hökumət orduda genişmiqyaslı islahatlar həyata keçirir. Bu islahatların məqsədi hər bir əsgərin, hər bir zabitin daha bacarıqlı və peşəkar olması, onların həyatını daha firavan etməkdir. Yaxın gələcəkdə hökumət tamamilə yeni institutun tətbiqini ölkədə qadınların könüllü olaraq müvəqqəti hərbi xidmətə getməsini planlaşdırır”,- Paşinyan qeyd edib.
Baş nazir onu da əlavə edib ki, yaxın vaxtlarda ən yaxşı müasir standartlara cavab verən təlim mərkəzi, yeni zabitlər sinfinin formalaşdırılması üçün məktəb yaradılacaq:
“Biz ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görürük, imkan daxilində yerli istehsalçıları həvəsləndirməyə çalışırıq”.
Tunar Altunbay