ABŞ Çinlə bu tarixdə müharibəyə hazırlaşır
"ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb".
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü NBC telekanalı məlumat yayıb.
"Ümid edirəm ki, yanılıram. İntuisiya mənə deyir ki, biz 2025-ci ildə döyüşəcəyik",- telekanal sənəddən sitat gətirib.
Memorandumun həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri təsdiqləyib.
Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərpa məqsədilə əməliyyat keçirmək üçün istifadə edə bilər.
Bundan əlavə, Minixan öz tabeliyində olanları fevralın sonunadək hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.
Qeyd edək ki, Tayvanın 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Pekin ərazini Çin əyalətlərindən biri hesab edir.
Tayvan ətrafında gərginlik Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda Taybeyə səfərindən sonra artıb.
Tunar Altunbay