İsraildə 13 yaşlı terrorçu zərərsizləşdirildi

 14:15 28.01.2023     360

İsrailin Qüds şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə atışma olub.

Redaktor.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən 13 yaşlı yeniyetmə zərərsizləşdirilib.

"Qüdsdəki Davud şəhərində atışma 13 yaşlı yeniyetmə tərəfindən təşkil edilib, o, yaralanıb və xəstəxanaya göndərilib - Kan TV və radio şirkətinin məlumatında deyilir.

Qeyd edək ki, dünən, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Tunar Altunbay