Ukrayna tərəfdaşlarından 24 müasir qırıcı almağı gözləyir - İqnata

 17:30 28.01.2023     406

Ukrayna ilk belə yardım paketi çərçivəsində tərəfdaşlarından 24 müasir döyüş təyyarəsi almağı gözləyir.

Redaktor.az "RBC"-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnata məlumat verib.

Qurum rəsmisi bildirib ki, söhbət hər birində 12 təyyarədən ibarət iki döyüş batalyonundan gedir.

Onun sözlərinə görə, Ukrayna üçün prioritet Amerika F-16 qırıcılarıdır. Bununla belə, Fransanın “Rafale” qırıcıları və İsveçin “Gripen”ləri də seçim kimi nəzərdən keçirilir.

Nərmin VÜQARQIZI