NATO generalı Çex Respublikasının prezidenti seçildi
İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel Çex Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çexiya televiziyası şənbə günü başa çatan səslərin hesablanması zamanı məlumat verib.
"Peter Pavel Çexiyanın yeni prezidenti seçilib", - teleproqramın aparıcısı qeyd edib.
Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında Pavelin ölkədə keçirilən prezident seçkilərində qələbəsini təsdiqləyib. "Mən Petr Paveli Çexiyanın dördüncü prezidenti seçilməsi münasibətilə təbrik edirəm", - baş nazir bildirib.
Turan İSMAYIL