Ruslar yaşayış binalarını vurdu - Ölən və yaralananlar var
Rusiya Ukraynanın şərqindəki Kostiantinivka şəhərində yaşayış binalarına zərbə endirib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Kırilenko bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Dörd yaşayış binası və bir otelə ziyan dəyib.
“Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, - Kırilenko "Telegram" kanalında yazıb.
Tunar Altunbay