Ukraynada rusların yerləşdiyi xəstəxanada partlayış - Çoxlu təlafat var
Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqramda bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edib.
"Ukrayna Silahlı Qüvvələri (AFU) LPR-nin Novoaidar qəsəbəsindəki rayon xəstəxanasına LPR-də rayon xəstəxanasına HIMARS reaktiv yaylım atəşi sistemi (MLRS) ilə qəsdən hücum edib, nəticədə 14 nəfər ölüb, 24 yaralanıb",- nazirliyin yaydığı məlumatda bildirilir.
Tunar Altunbay