Tramp seçki mitinqlərinə başladı

 21:02 28.01.2023     302

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri öncəsi ilk mitinqlərinə başlayır.

Redaktor.az xəbər verir ki, o, ilk mitinqini bu gün keçirəcək.

Məlumata görə, o, gündə iki dəfə mitinq keçirəcək. Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

Hələlik Tramp prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayan yeganə respublikaçıdır.

"Washington Post" qəzetinin yazdığına görə, Florida ştatının qubernatoru Ron DeSantis Respublikaçılar Partiyasından namizəd ola bilər. Bildirilir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də prezident seçkilərində iştirak etmək niyyətindədir.