İtaliya və Fransa Ukraynaya yüzlərlə raket verəcək
İtaliya və Fransa Ukrayna üçün 700-ə yaxın "Aster-30" raketi almağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti yazıb.
Bu raketlər ölkələrin Kiyevə tədarük etmək niyyətində olduqları SAMP-T hava hücumundan müdafiə sistemlərində istifadə olunur.
Nəşr bildirir ki, raketlərin bir hissəsi İtaliya və Fransada qalacaq. Ukraynaya dəqiq nə neçə raket çatdırılacağı məlum deyil.