Medvedev almaniyalı naziri "faydalı axmaq" adlandırdı

 07:46 29.01.2023     485

Dmitri Medvedev Almaniyanın xarici işlər naziri Annalena Berboku “faydalı axmaq” adlandırıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Almaniya XİN rəhbərinin “Rusiya ilə müharibə” haqqında sözlərini şərh edərkən yazıb.

“Yaxşı ifadədir: “Biz bir-birimizə qarşı yox, Rusiyaya qarşı vuruşuruq”. Almaniyanın xarici işlər nazirinin belə mütləq və faydalı axmaq olması gözəl deyilmi?”, - Medvedev yazıb.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının iclasında Berbok müttəfiqləri Ukraynaya tankların tədarükü ilə bağlı bir-biri ilə mübahisəni dayandırmağa çağırıb. “Biz bir-birimizə yox, Rusiyaya qarşı müharibə edirik”, - deyə o, bəyan edib dedi. Nazir Ukraynanın müdafiəsi üçün daha çox şey etməyə və bunu birlikdə etməyə çağırıb.