Güney Azərbaycanda zəlzələdə yaralananların sayı 1000-ə çatır - YENİLƏNİB

 15:10 29.01.2023     1150

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.

***

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “İSNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

***

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində qeydə alınan zəlzələ nəticəsində 2 nəfər ölüb.

Redaktor.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəhbəri bildirib.

Agentliyin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.