Cənubi Koreya əsgəri Şimali Koreyaya atəş açdı

 09:15 29.01.2023     312

Cənubi Koreya əsgəri Şimali Koreya sərhədi yaxınlığında təlim zamanı səhvən atəş açıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Seul Pxenyana atəşin qəsdən olmadığını bildirib.

Qeyd olunub ki, Kanvonda əyalətindəki hərbisizləşdirilmiş zonada müşahidə məntəqələrindən ordu bölməsinin təlimi zamanı pulemyotdan dörd döyüş mərmisi atılıb. Məşq zamanı atışma nəzərdə tutulmamışdı. Bütün güllələr hərbi demarkasiya xəttinin Cənubi Koreya tərəfinə (Şimali Koreya ilə faktiki sərhəd) tuş gəlib.

“Şimali Koreya tərəfdən heç bir xüsusi hərəkət müşahidə edilməyib və hadisənin dəqiq şəraiti araşdırılır”, - bölmənin nümayəndəsi bildirib.