Kolumbiyada rekord miqdarda narkotik ələ keçirildi

 09:27 29.01.2023     366

2022-ci ildə Kolumbiyada polis tərəfindən hər hansı digər illə müqayisədə daha çox kokain ələ keçirilib.

Bu barədə Redaktor.az “Reuters”ə istinadən xəbər verir.

2022-ci ilin sonunda təhlükəsizlik qüvvələri 671 ton narkotik maddə müsadirə edib ki, bu da 2021-ci ilin göstəricisini təxminən 1,7 ton üstələyir. 2020 və 2019-cu illərdə polis və kəşfiyyat orqanları müvafiq olaraq 505 və 428 ton kokain ələ keçirib.

Kokain istehsalı və qaçaqmalçılığı Kolumbiyada 450 mindən çox insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə səbəb olan və 60 ilə yaxındır davam edən silahlı münaqişənin əsas hərəkətverici qüvvəsi hesab olunur.